Nazir Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada "Nəqliyyat həftəsi – 2019" tədbirində iştirak edib (FOTO)


Digərləri 22 Noy 2019 17:47:00 291 0

Nazir Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada "Nəqliyyat həftəsi – 2019" tədbirində iştirak edib (FOTO)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti "Nəqliyyat həftəsi – 2019" tədbirində iştirak etmək məqsədilə Moskva şəhərinə səfər edib.

Bakı. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti "Nəqliyyat həftəsi – 2019" tədbirində iştirak etmək məqsədilə Moskva şəhərinə səfər edib. Trend-in məlumatına görə, ənənəvi olaraq hər il keçirilən "Nəqliyyat həftəsi" nəqliyyat problemləri üzrə ümumrusiya və beynəlxalq tədbirləri əhatə edir. "Nəqliyyat həftəsi – 2019" sərgisinin "Moskovskiy Qostinıy Dvor" Kompleksində keçirilən açılış mərasimində Ramin Quluzadə sərgidə təmsil olunan şirkətlərin pavilyonları ilə tanış olub. Sərgilənən məhsullar barədə nazirə ətraflı məlumat verilib. "Nəqliyyat həftəsi – 2019" çərçivəsində MDB-yə üzv dövlətlərin “Nəqliyyat əlaqələndirmə müşavirəsi” də keçirilib. Nazir Ramin Quluzadə beynəlxalq tədbirdə Azərbaycanı müşahidəçi qismində təmsil edib. Ramin Quluzadə, həmçinin Rusiya Nəqliyyat İdarəsinin 210 illiyi münasibətilə tədbir iştirakçıları üçün təşkil olunan təntənəli mərasimə də qatılıb.