Kafedə hamilə qadına hücum etdilər


Dünya 22 Noy 2019 17:39:00 308 0

Kafedə hamilə qadına hücum etdilər

Avstraliyanın Sidney şəhərində Rəna Ələsmər adlı müsəlman qadın rəfiqələri ilə birlikdə kafedə oturarkən hücuma məruz qalıb. 

Son.az Oxu.az-a istinadən xəbər verir ki, yerli polis orqanları 38 həftəlik hamilə qadına hücum edən şəxsin adının Stip Lozina olduğunu açıqlayıb. 

Sözügedən şəxs qadına yaxınlaşaraq, ona yumruq və təpiklə zərbə endirib. Aldığı zərbələr nəticəsində yerə yıxılan qadının köməyinə rəfiqələri və kafedəki digər müştərilər gəlib.