Baş həkim zəhərlənən tələbələrin vəziyyətindən danışdı


Digərləri 22 Noy 2019 16:37:00 372 0

Baş həkim zəhərlənən tələbələrin vəziyyətindən danışdı

BDU-da zəhərlənən tələbələrin vəziyyəti yaxşılaşıb.

Son.az xəbər verir ki, bu barədə Oxu.az-a 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov məlumat verib.

O bildirib ki, tələbələrin vəziyyəti səhər saatlarına nisbətən daha yaxşıdır:

"Onların vəziyyətində müsbət dinamika hiss olunur. Yavaş-yavaş həkimlərlə ünsiyyət qurmağa başlayıblar. Vəziyyətləri orta-ağır kimi qiymətləndirilir. Daim həkim nəzarətində saxlanılırlar.