AtaBank “Qlobal Sahibkarlıq Həftəsi”ndə təltif edilib (FOTO)


Digərləri 22 Noy 2019 16:52:00 294 0

AtaBank “Qlobal Sahibkarlıq Həftəsi”ndə təltif edilib (FOTO)

Dünya üzrə qeyd olunan “Qlobal Sahibkarlıq Həftəsi”ndə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konferederasiyası (ASK) da bir sıra tədbirlər həyata keçirir.

Bakı. Dünya üzrə qeyd olunan “Qlobal Sahibkarlıq Həftəsi”ndə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konferederasiyası (ASK) da bir sıra tədbirlər həyata keçirir. “AtaBank”dan Trend-ə verilən məlumata görə, Fairmont otelində “Dayanıqlı inkişaf məqsədləri (DİM) və Biznes mühiti” mövzusunda başlamış konfrasda Azərbaycanda fəaliyyət göstərən şirkətlərin 21 KSM layihəsi iştirak etmişdir və onlardan 13-ü seçilmişdir. Həmin tədbirdə “AtaBank” ASC Korporativ Sosial Məsuliyyət layihələrində fəal iştirakına görə təşəkkürnamə ilə təltif edilib. Konfransda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və ASK-nın digər sosial tərəfdaşları iştirak edib.