Taleh Ziyadov: “Bakı Limanı “Bir Kəmər, Bir Yol” layihəsi üçün mühüm əhəmiyyət kəsb edir”


İqtisadiyyat 22 Noy 2019 16:11:52 323 0

Taleh Ziyadov: “Bakı Limanı “Bir Kəmər, Bir Yol” layihəsi üçün mühüm əhəmiyyət kəsb edir”

Taleh Ziyadov: “Bakı Limanı “Bir Kəmər, Bir Yol” layihəsi üçün mühüm əhəmiyyət kəsb edir”

Noyabrın 11-dəİtaliyanın Trieste şəhərində “Kəmər və Yol” beynəlxalq konfransı keçirilib.

“Report”un xəbərinə görə, müxtəlif ölkələrdən bir çox rəsmi şəxslərin, ekspertlərin iştirak etdiyi konfransda "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-ninBaş direktoru Taleh Ziyadov “Yeni İpək Yolları və onların Avrasiyadakı geo-iqtisadi mənzərənin dəyişməsindəki təsiri” adlı açılış panelində çıxış edib.

O bildirib ki, Bakı Limanı qlobal nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir və məqsədimiz yalnız Çindən Avropaya deyil, eyni zamanda Avropadan da Çinə gedən məhsulların Bakı Limandan keçməsini təmin etməkdir: “Məhz bu məqsədlə də, Niderlandın logistika mərkəzlərindən biri olan Venlo şəhərindən İstanbula və daha sonra Bakı Limanından keçərək Qazaxstandan Çinə gedəcək bir yolun uzadılması nəzərdə tutulub. Bu da, öz növbəsində, Avropanın iri şirkətlərinin Bakı Limanına cəlb edilməsinə təkan verən amillərdən biri olacaq. Eyni zamanda vurğulamaq istərdim ki, Çin hökumətinin reallaşdırdığı “Bir Kəmər, Bir Yol” layihəsi çərçivəsində mühüm nəqliyyat qovşaqlarının tam mərkəzində yerləşən Bakı Limanı bu layihə üçün mühüm əhəmiyyət kəsb edir və Çindən gələn məhsulların regiona çıxışı üçün liman qovşaq rolunu oynaya bilər".

Bundan başqa, T.Ziyadovun sözlərinə görə, bu ilin9 ayında Çindən Bakı Limanına gələn konteynerlərin sayı 90% artıb.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək