Ölkədə ilk dəfə olaraq kənd təsərrüfatı sahəsi üzrə qrant müsabiqəsi keçirilir


İqtisadiyyat 22 Noy 2019 16:15:33 410 0

Ölkədə ilk dəfə olaraq kənd təsərrüfatı sahəsi üzrə qrant müsabiqəsi keçirilir

Ölkədə ilk dəfə olaraq kənd təsərrüfatı sahəsi üzrə qrant müsabiqəsi elan edilib

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsi elan edir.

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, Nazirlik və Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq,17 müxtəlif mövzu üzrə layihələri qəbul edir.

Əlaqələndirici şəxs: Musa Əhmədov. Tel: (055) 620 22 34