Naxçıvanda müasir suvarma sistemlərinin quraşdırılmasına 2 milyon manat ayrılıb


Siyasət 22 Noy 2019 16:25:00 340 0

Naxçıvanda müasir suvarma sistemlərinin quraşdırılmasına 2 milyon manat ayrılıb

Prezident İlham Əliyev noyabrın 22-də "Pivot" layihəsi çərçivəsində əkin sahələrində müasir suvarma (yağışyağdırma) sistemlərinin quraşdırılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, "Pivot" layihəsi çərçivəsində əkin sahələrində müasir suvarma (yağışyağdırma) sistemlərinin quraşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.47.2-ci yarımbəndində göstərilmiş məbləğin 2 milyon manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki,