İki təyyarə havada toqquşdu


Dünya 22 Noy 2019 16:29:00 337 0

İki təyyarə havada toqquşdu

ABŞ-da dəhşətli hadisə baş verib.

Son.az Redaktor.az-a istinadən xəbər verir ki, təlim məqsədi ilə havaya qalxan iki qırıcı təyyarə havada toqquşub. Oklahoma ştatında baş verən hadisə zamanı bir neçə nəfər həyatını itirib. Hadisədən sonra ərazidəki bütün uçuşlar müvəqqəti dayandırılıb. Oklahoma ştatındakı bazada təyyarələrin uçuşu da təxirə salınıb.

Məlumata görə, toqquşma "T-38 Talon " tipli təyyarələrin pilotu layneri endirməyə hazırlaşarkən baş verib. Zərbənin təsirindən təyyarələrin birində yanğın baş verib və hissələrə parçlanıb.