Bakıda kredit verilməsi məqsədilə quraşdırılmış özünəxidmət terminallarının sahibi açıqlanıb


İqtisadiyyat 22 Noy 2019 15:50:47 344 0

Bakıda kredit verilməsi məqsədilə quraşdırılmış özünəxidmət terminallarının sahibi açıqlanıb

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası nağd pul vəsaitinin verilməsi (kredit) məqsədilə quraşdırılmış “Azpulmat” özünəxidmət terminalların fəaliyyətini araşdırıb.

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasınağd pul vəsaitinin verilməsi (kredit) məqsədilə quraşdırılmış “Azpulmat” özünəxidmət terminallarının fəaliyyətini araşdırıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraqMaliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibiElşən Allahverdiyev məlumat verib.

Onun sözlərinə görə, aparılan monitorinqlər zamanı müəyyən edilib ki,“Azpulmat” özünəxidmət terminalları vasitəsilə kreditin rəsmiləşdirilməsi üçün fiziki şəxslərdən fərdi məlumatlar, o cümlədən biometrik məlumatlar toplanılaraq onlara nağd pul vəsaiti təqdim edir.

"Göstərilən xidmət çərçivəsində fiziki şəxslərdən fərdi məlumatların, habelə biometrik məlumatların toplanılması “Fərdi məlumatlar haqqında” və “Biometrik informasiya haqqında” qanunlarla tənzimlənməlidir. Belə ki, “Fərdi məlumatlar haqqında” Qanunun (Qanun) 15.1-ci bəndinə əsasən fərdi məlumatların informasiya sistemləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində dövlət qeydiyyatından keçməlidir. Həmçinin, “Biometrik informasiya haqqında” qanunun icrasının təmin edilməsi barədə ölkə prezidentinin 28 oktyabr 2008-ci il tarixli fərmanına əsasən bu qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rəyləri nəzərə alınmaqla, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilir. Qanunun 2.2-ci maddəsinə əsasən isə biometrik məlumatlar fərdi məlumatların tərkib hissəsi olmaqla onların toplanılması, işlənilməsi və mühafizəsi qaydası müvafiq qanunla müəyyən edilir", - deyə Palatanın sözçüsü bildirib.

E. Allahverdiyev onu davurğulayıb ki, qeyd olunan sahələrin tənzimlənməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətləri daxilində olmadığı üçün aidiyyəti dövlət orqanlarına bununla bağlı rəsmi müraciət edilib.