RusiyaAzərbaycan əməkdaşlığının yol xəritəsinə xüsusi diqqət ayırılır


Siyasət 22 Noy 2019 15:41:00 289 0

RusiyaAzərbaycan əməkdaşlığının yol xəritəsinə xüsusi diqqət ayırılır

"Nəqliyyat-logistika məsələsi aparıcı məsələlərdən biridir, çünki bizim həm quru sərhədimiz, həm də Xəzər dənizi üzrə əməkdaşlığımız var".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin deyib.

Onun sözlərinə görə, bütün bu istiqamətlərdə iş elə aparılmalıdır ki, insanların və məhsulların ölkələr arasında hərəkətində ləngimələr yaranmasın.

Nazir qeyd edib ki, bu məsələ həm ticarətə, həm də turizmə aiddir və bunun nəqliyyat əlaqəsini daha da təkmilləşdirmək lazımdır:

"Logistikaya Rusiya-Azərbaycan əməkdaşlığının ayrıca yol xəritəsi həsr olunub. Biz buna xüsusi diqqət ayırırıq və işimizi davam etdirəcəyik".