Soros Ermənistan üçün təhdiddir


Digərləri 22 Noy 2019 15:34:00 299 0

Soros Ermənistan üçün təhdiddir

Soros Fondunun fəaliyyəti Ermənistanın təhlükəsizliyi üçün təhdiddir.

Son.az Axar.az-a istinadən bildirir ki, bunu "Armnyus" televiziyasına müsahibəsində Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan deyib. Vanetsyan ölkədə xaricdən maliyyələşən siyasi qüvvələrin olduğunu desə də, onların hakimiyyət, yoxsa müxalifət düşərgəsində olmasına aydınlıq gətirməyib.

Vanetsyan siyasətdən gedib-getməməsi sualına "hər şeyi tələb və hadisələrin bundan sonrakı inkişafı göstərəcək" deyə cavab verib.