Tramp müvəqqəti büdcəni imzaladı


Dünya 22 Noy 2019 15:19:00 293 0

Tramp müvəqqəti büdcəni imzaladı

ABŞ prezidenti Donald Tramp Konqres tərəfindən qəbul edilmiş, dekabrın 20-dək qüvvədə olacaq müvəqqəti büdcəni imzalayıb.

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bu barədə "The Hill" nəşri məlumat yayıb.

Müvəqqəti büdcə Konqresdəki partiyalara daha uzunmüddətli maliyyə qanunu qəbul etmək üçün möhlət verir.

2019-cu ilin yanvar ayında ABŞ Prezidenti Donald Tramp Demokratik və Respublikaçı partiyalarla ölkə tarixindəki ən uzun "şatdaun"a (shutdown) müvəqqəti son verilməsi ilə bağlı razılaşma əldə edib.