Rusiyanın Yerevandakı səfiri: "Bəzilərinin tarixi yenidən yazmağa cəhd etdiyini görürük"


Dünya 22 Noy 2019 15:06:40 301 0

Rusiyanın Yerevandakı səfiri: "Bəzilərinin tarixi yenidən yazmağa cəhd etdiyini görürük"

"Siyasi və beynəlxalq kontekstdən bəzilərinin tarixi yenidən yazmağa, onda baş verənləri yenidən hazırlamağa cəhd etdiyini görürük”.

"Siyasi və beynəlxalq kontekstdən bəzilərinin tarixi yenidən yazmağa, onda baş verənləri yenidən hazırlamağa cəhd etdiyini görürük”.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin erməni-faşist Qaregin Njde məsləsinə münasibət bildirərkən deyib.

O, deyib ki, bu çox “incə” məsələdir.

Qeyd edək ki, Ermənistanın indiki və keçmiş hakimiyyətləri Njdeni ikinci Dünya Müharibəsinin “qəhrəman”ı kimi təqdim edirlər. Nikol Paşinyan Njdeni Böyük Vətən Müharibəsinin qəhrəmanlarından sayılan İvan Baqramyanla eyniləşdirib.