Boşanmadan əvvəl ailələrlə xüsusi söhbət aparılmalıdır


Digərləri 22 Noy 2019 14:54:00 251 0

Boşanmadan əvvəl ailələrlə xüsusi söhbət aparılmalıdır

Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda boşanma hallarının əsas səbəblərini açıqlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, H.Hüseynova Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib ki, komitə bu məsələ ilə bağlı araşdırma aparıb:

"Biz digər ölkələrdəki vəziyyəti də araşdırmışıq ki, müqayisə edək. Digər ölkələrə baxanda bizdə vəziyyət o qədər də ciddi deyil, ancaq istənilən halda bu, Azərbaycan üçün ağır problemdir. Boşananların bir çoxu erkən yaşda qurulan ailələrdir, çünki bu insan ailə mühitinə hazır deyil. İkinci vacib məsələ sonsuzluqdur. Çox zaman belə ailələr bizə də müraciət edirlər ki, kömək edək, onlar övladlığa uşaq götürsün və ya xüsusi tibbi prosedurla uşağa sahib olsunlar. Bilirsiniz ki, bu prosedur da hər zaman uğurlu olmur. Digər məsələ zorakılıq halları ilə bağlıdır".