BMT: Qadınların bələdiyyələrdə kifayət qədər təmsil olunmaması problemlərin yaranmasına gətirib çıxara bilər


Digərləri 22 Noy 2019 14:44:00 351 0

BMT: Qadınların bələdiyyələrdə kifayət qədər təmsil olunmaması problemlərin yaranmasına gətirib çıxara bilər

Qadınların yerli idarəetmə orqanlarında kifayət qədər təmsil olunmaması bir sıra problemlərin yaranmasına gətirib çıxara bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu "Gender əsaslı Bələdiyyə Akademiyası"nın açılış mərasimində çıxış edən BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Çaru Bist deyib.

Onun sözlərinə görə, qadınların yerli idarəetmə orqanlarında təmsil olunması vacibdir. Bu, Azərbaycanın 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərinə nail olmasına yardım edər: "Qadınların yerli idarəetmə səviyyələrində, qərar qəbuletmədə iştirakı çox önəmlidir. Qadınlar idarəetmədə nə qədər çox təmsil olunarlarsa, onların problemləri, ehtiyacları bir o qədər yaxşı başa düşülər".