ABŞ dövlət katibinin müavini: “Əsrin müqaviləsi” qlobal enerji təhlükəsizliyini misilsiz dərəcədə möhkəmləndirdi


Digərləri 22 Noy 2019 14:41:00 287 0

ABŞ dövlət katibinin müavini: “Əsrin müqaviləsi” qlobal enerji təhlükəsizliyini misilsiz dərəcədə möhkəmləndirdi

“Əsrin müqaviləsi” qlobal enerji təhlükəsizliyini misilsiz dərəcədə möhkəmləndirdi

Bakı. Ləman Zeynalova - “Əsrin müqaviləsi” qlobal enerji təhlükəsizliyini misilsiz dərəcədə möhkəmləndirdi. Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Katibinin enerji məsələləri üzrə müavini Mark Menezes Vaşinqtonda keçirilmiş “Əsrin müqaviləsi: 25 illik uğur” adlı forum zamanı deyib. O bildirib ki, həmin müqavilə bir sıra beynəlxalq neft və qaz kəmərlərinin tikintisinə kömək göstərdi: “Biz neft və qaz tədarükü üçün nəqliyyat dəhlizinin yaradılması məsələsini müzakirə edirik. Bu, enerji marşrutlarının və qlobal bazarlar üçün ehtiyatların şaxələndirilməsində vacib əhəmiyyət daşıyır”.