Səudiyyə şahzadəsi itkin düşüb


Dünya 22 Noy 2019 14:29:00 283 0

Səudiyyə şahzadəsi itkin düşüb

Bir neçə ay əvvəl dünya mediası 55 yaşlı Səudiyyə şahzadəsi Basma bin Səud bin Əbdüləziz Əl Səudun itkin düşdüyünü yazıb. Kral Səudun qızı ictimaiyyətin gözü qarşısında itib.

Ancaq bugünlərdə Almaniyanın Deutsche Well televiziya kanalı şahzadənin ev həbsində olduğunu və ya Səudiyyə Ərəbistanında güclə tutulduğunu bildirib.

Onun müalicəsi üçün İsveçrəyə uçmağı planladığını, ancaq sonda gedə bilmədiyi bildirilib.

Son.az ölkə.az-a istinadən bildirir ki, vəkil, amerikalı Leonard Bennett, "Deutsche Welle"yə verdiyi müsahibədə vəziyyəti bu cür şərh edib :

"Şahzadə bütün radarlardan itib. Heç kim onun harada olduğunu bilmir. Ən pis xəbərin gəlməsindən qorxuruq".

Bennett buna baxmayaraq şahzadə ilə əlaqə qurmağı bacarıb. Onun sözlərinə görə, o, şahzadə ilə girov kimi danışıb.

Qeyd edək ki, şahzadə Basma 1953-1964-cü illərdə ölkəni idarə edən və 115 uşağın atası olduğu güman edilən keçmiş Kral Səudun ən kiçik qızıdır.