Bakı-Urumçi aviareysi ilə gedən Azərbaycan vətəndaşı saxlanıldı


Digərləri 22 Noy 2019 14:13:00 295 0

Bakı-Urumçi aviareysi ilə gedən Azərbaycan vətəndaşı saxlanıldı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanı Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

Bakı. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanı Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Bakı-Urumçi aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı xarici valyutanı gömrük nəzarətinə təqdim, elektron və ya yazılı formada bəyan etmədən "Qırmızı kanal" buraxılış sistemindən istifadə edib. Lakin şəxsi əşyaları rentgen aparatından keçirilən zaman sərnişində gömrüyə bəyan olunmayan malların olması barədə əsaslı şübhə yaranıb. Bu səbəbdən də o, sorğu-sual edilib və üzərində 8000 ABŞ dolları pul vəsaiti olduğunu bildirib. Şəxsi yoxlama zamanı vətəndaşın şalvarının, pencəyinin ciblərində və pul qabının içərisində, ümumilikdə 19500 ABŞ dolları aşkar edilib. (adsgarden = window.adsgarden || []).push({}); Faktla bağlı araşdırma aparılır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin