Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar investisiya yatırıb


Digərləri 22 Noy 2019 14:16:00 390 0

Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar investisiya yatırıb

Rusiya bu vaxtadək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar, Azərbaycan isə Rusiya iqtisadiyyatına 1 milyard 200 milyon dollar investisiya yatırıb.

Moskva. Rusiya bu vaxtadək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar, Azərbaycan isə Rusiya iqtisadiyyatına 1 milyard 200 milyon dollar investisiya yatırıb. Trend-in məlumatına görə, bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Moskvada keçirilən Rusiya-Azərbaycan Regionlararası İqtisadi Forumundakı çıxışında deyib. O bildirib ki, Azərbaycanın həm dövlət, həm də özəl şirkətlərinin fəaliyyəti üçün Rusiyada mühbit şərait yaradılıb. Nazir Azərbaycanda dövlət tərəfindən sahibkarlığa yüksək səviyyədə dəstəyin göstərildiyini, bu sahədə xüsusi qanunvericiliyin, o cümlədən xüsusi sənaye parklarının, texnoparkların yaradıldığını, güzəştli kredit sisteminin, fiziki şəxslər üçün vergi güzəştlərinin tətbiq edildiyini vurğulayıb. O, “Şimal-Cənub” və “Şimal-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin əhəmiyyətini vurğulayıb. M.Cabbarov hazırda kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı ilə yanaşı, Azərbaycan sərməyadərlarının bu ölkədə lokal istehsala investisiyalar qoyduqlarını da diqqətə çatdırıb.