Yağış səbəbindən elektrik enerjisi təchizatında ciddi problem yaranmayıb


Digərləri 22 Noy 2019 13:49:00 318 0

Yağış səbəbindən elektrik enerjisi təchizatında ciddi problem yaranmayıb

Son günlər ölkə boyu yağan leysan yağışların, dünən axşamdan isə dağlıq rayonlarda sulu qar, Şimal-Qərb və Şimal regionlarında qarlı-çovğunlu havanın olmasına baxmayaraq ölkəmizin elektrik enerjisi ilə təchizatında ciddi problem yaranmayıb.

"Azərişıq" ASC-nin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, bəzi ərazilərdə yaranan kiçik problemlər tez bir zamanda aradan qaldırılıb:

"Ötən gecə Qərb regionunun Tovuz rayonunun 35KV-luq Ağdam kənd hava elektrik veriliş xəttində texniki qəza baş verib və bu, operativ surətdə aradan qaldırılıb".

Məlumatda, həmçinin o da qeyd edilir ki, qurumun texniki departamentinin əməkdşaları qabaqlayıcı tədbirlər görərək fərdi qaydada daxil olmuş şikayətləri operativ şəkildə aradan qaldırırlar: