Gürcüstan baş nazirinin müavini Bolnisiyə səfər edib


Sosial 22 Noy 2019 13:33:35 331 0

Gürcüstan baş nazirinin müavini Bolnisiyə səfər edib

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunda Ədliyyə Evinin inşası davam etdirilir.

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunda Ədliyyə Evinin inşası davam etdirilir.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan baş nazirinin müavini, ədliyyə naziri Tea Tsulukiani Bolnisi rayonuna səfər edib.

O, rayonda Ədliyyə Evinin inşası üzrə aparılan işlərlə yaxından tanış olub.

Bolnisidə Ədliyyə Evinin inşasına ötən ilin dekabrında başlanılıb. Tikinti işlərinin bu ilin dekabr ayında başa çatdırılması nəzərdə tutulub.

Ədliyyə Evində 450-dən çox dövlət xidməti göstəriləcək.

Bolnisi Ədliyyə Evi Kvemo Kartli bölgəsi üzrə üçüncü, bütün Gürcüstan üzrə isə 24-cü ədliyyə evi olacaq.