Sumqayıtda baş verən qəzada bir nəfər ölüb, yeddi nəfər xəsarət alıb


Digərləri 22 Noy 2019 13:29:00 395 0

Sumqayıtda baş verən qəzada bir nəfər ölüb, yeddi nəfər xəsarət alıb

Ötən gecə Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində ağır yol qəzası baş verib.

Səhiyyə Nazirliyindən Son.az-a verilən məlumata görə, hadisə nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sumqayıt xəstəxanasına çatdırılıb.

Onlardan 3-ü reanimasiya,1-i travmatologiya şöbəsinə yerləşdirilib, müalicələri davam edir. 3 nəfər isə lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.