DİN Bakıda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb


Sosial 22 Noy 2019 12:55:35 381 0

DİN Bakıda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi Bakıda&2 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə&bağlı məlumat yayıb.

Daxili İşlər Nazirliyi Bakıda2 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, noyabrın 21-də saat 6 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakinləri İ.Abdullayevin və M.Kazımovun idarə etdikləri “Mercedes” markalı 2 avtomobil toqquşub.

Nəticədə İ.Abdullayevin sərnişinləri - paytaxt sakinləri Surxay Abbasov və Kifayət Məmmədova hadisə yerində ölüb, özü və digər sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlıBinəqədi Rayon Polis İdarəsitərəfindən araşdırma aparılır.