Milli Məclisin nümayəndə heyəti MDB PA-nın yubiley sessiyasında iştirak edib


Digərləri 22 Noy 2019 13:01:52 327 0

Milli Məclisin nümayəndə heyəti MDB PA-nın yubiley sessiyasında iştirak edib

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Sankt-Peterburqun Tavriya sarayında MDB PA-nın 50-ci yubiley sessiyasında iştirak edib.

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Sankt-Peterburqun Tavriya sarayında MDB PA-nın 50-ci yubiley sessiyasında iştirak edib.

Milli Məclisin Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, tədbiri açan qurumun sədri, Rusiya Federasiyası Federasiya Məclisi Federal Şurasının Spikeri Valentina Matviyenko iclas iştirakçılarını əlamətlər yubiley sessiyası münasibəti ilə təbrik edərək, onlara sessiyanın işində uğurlar arzulayıb. Sonra MDB PA-nın yaranma tarixi və inkişaf yolu barədə sənədli film nümayiş etdirilib.

Sessiyada Normativ hüquqi aktlar, Parlamentarilərin statusu ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, Ekoloji zərərin hesablanması, Sosial turizm, Reklam haqqında model qanunlar, Ekoloji təhlükəsizlik üzrə Milli mərkəzlərin yaradılması, MDB PA-nın növbəti il üçün fəaliyyət istiqamətləri barədə məsələlərə baxılıb.

Tədbirdə çıxış edənlər müzakirə olunan sənədlər barədə öz qeyd və təkliflərini bildiriblər.

Nümayəndə heyətinin Sankt-Peterburqa səfəri bu gün başa çatır.