Bakıda qısqanc ər keçmiş arvadını öldürmək istədi


Kriminal 22 Noy 2019 12:54:00 293 0

Bakıda qısqanc ər keçmiş arvadını öldürmək istədi

Bakıda keçmiş həyat yoldaşını öldürməyə cəhddə təqsirli bilinərək məhkum olunan Sənan Seyidov Ali Məhkəməyə müraciət edib.

Son.az ölkə.az-a istinadən bildirir ki, onun şikayətinə hakim Hafiz Nəsibovun sədrliyi ilə keçiriləcək məhkəmə iclasında baxılacaq.

Məhkəmə baxış iclası dekabr ayının 18-nə təyin olunub.

Qeyd edək ki, Xəzər rayonu, Binə qəsəbəsində 1978-ci il təvəllüdlü Rəna İsayeva yaşadığı evdə keçmiş əri Sənan Seyidov ilə mübahisə edib. Əri qısqanclıq zəminində ona bıçaqla zərbə vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Xəzər rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən Sənan Seyidovu həbs edilib.