Gülay ölən atasından danışıb, ağladı


Şou-biznes 22 Noy 2019 12:49:00 403 0

Gülay ölən atasından danışıb, ağladı

Müğənni Gülay Zeynallı "Şou ATV" verilişinin qonağı olub.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi dünyasını dəyişən atasından danışarkən göz yaşlarını saxlaya bilməyib:

"Valideynə sağlığında qiymət vermək lazımdır. Anamla atam ayrılmışdı. Bəzi valideynlər kimi mənim anam bizi atamıza qarşı etməyib. Hər zaman deyirdi, danışın, əlaqə saxlayın. Bacılarım tez-tez danışırdı, mən gec-gec yığırdım. Bizi babam böyüdüb. O, dünyasını dəyişəndə, fikirləşdim ki, dünyada bundan ağır itki olmaz (ağlayır).

Amma atam dünyasını dəyişəndə, gördüm çox ağır imiş. Son günlərində övlad borcumu yerinə yetirdim. Bəzən bacılarımın problemlərindən yoruluram, özlərinə demirəm, üstümə ağır yük düşür.