Avropa İttifaqı: Hazırda Azərbaycanda qadınların əmək bazarına çıxışı diqqət mərkəzindədir


Digərləri 22 Noy 2019 12:34:00 320 0

Avropa İttifaqı: Hazırda Azərbaycanda qadınların əmək bazarına çıxışı diqqət mərkəzindədir

Azərbaycan hökuməti qadınların iqtisadi cəhətdən güclənməsinə diqqət yetirir. Avropa İttifaqı Azərbaycanın bu addımını alqışlayır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu "Gender əsaslı Bələdiyyə Akademiyası"nın açılış mərasimində çıxış edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq Bölməsinin rəhbəri, müşavir-elçi Simona Qatti deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda qadınların əmək bazarına çıxışı diqqət mərkəzindədir.

S.Qatti əlavə edib ki, Avropa İttifaqının Azərbaycana bu istiqamətdə dəstək göstərmək imkanı var: "Biz müşahidə edirik ki, Azərbaycanda iddialı islahatlar həyata keçirilir. Burada qısa müddətdir ki fəaliyyət göstərirəm. 6 ay ərzində qadın hüquqları və gender bərabərliyinə həsr olunan 7-dən çox irihəcmli tədbirdə iştirak etmişəm".