Aygün Kazımovanın qardaşı azadlığa çıxdı


Şou-biznes 22 Noy 2019 12:39:00 340 0

Aygün Kazımovanın qardaşı azadlığa çıxdı

Xalq artisti Aygün Kazımovanın həbsdə olan qardaşı Kazım Kazımadə azadlığa buraxılıb.

Son.az xəbər verir ki, femida.az məsələ ilə bağlı Xalq artisti Aygün Kazımova ilə əlaqə saxlayıb. Sənətçi qardaşının həbsdən çıxma xəbərini böyük sevinclə təsdiqləyib.

"Bu işdə bizə kömək olan bütün dostlarıma və vəkil - Ramil Vəliyevə təşəkkür edirəm. Qapıları açan Allahdır. Biz sadəcə vasitə ola bilərik. Allah özü günahından keçdiyi hər bir məhbusun qapısını açsın. Onların hər biri tezliklə öz doğmalarına qovuşsun".