Sekuta: “Əsrin müqaviləsi” Azərbaycanın enerji ehtiyatlarının Qərbə tədarükü üzrə gələcək razılaşmaların əsasıdır


Digərləri 22 Noy 2019 12:35:00 234 0

Sekuta: “Əsrin müqaviləsi” Azərbaycanın enerji ehtiyatlarının Qərbə tədarükü üzrə gələcək razılaşmaların əsasıdır

“Əsrin müqaviləsi” Azərbaycanın enerji ehtiyatlarının Qərbə tədarükü üzrə gələcək razılaşmaların əsasıdır

Bakı. Ləman Zeynalova - “Əsrin müqaviləsi” Azərbaycanın enerji ehtiyatlarının Qərbə tədarükü üzrə gələcək razılaşmaların əsasıdır. Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta Vaşinqtonda keçirilmiş “Əsrin müqaviləsi: 25 illik uğur” adlı forum zamanı deyib. O bildirib ki, “Əsrin müqaviləsi”nin imzalanması vacib nailiyyət olub: “Bu saziş Azərbaycanın dünya enerji sisteminin iştirakçısı kimi dirçəlməsinə, eləcə də beynəlxalq neft şirkətlərinin Xəzər regionunda aktiv fəaliyyətinə yol açdı. Müqavilə dünya neft bazarlarına yeni tədarüklər hesabına beynəlxalq enerji təhlükəsizliyini təkmilləşdirməyə imkan verdi”.