“Amor”, “Mələk Palace”, “Monte Karlo”, “Madonna” şadlıq saraylarına qadağa qoyuldu SƏBƏB


Digərləri 22 Noy 2019 11:54:00 330 0

“Amor”, “Mələk Palace”, “Monte Karlo”, “Madonna” şadlıq saraylarına qadağa qoyuldu  SƏBƏB

İctimai-iaşə obyektlərindən havaya yenidən tüstünün, iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri tərəfindən şadlıq saraylarında və restoranlarda təkrar monitorinqlər keçirilib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, monitorinqlər zamanı paytaxtın Binəqədi, Nizami, Xətai və Sabunçu rayonlarında fəaliyyət göstərən "Amor", "Mələk Palace", "Grace Hall", "Ayla", "Monte Karlo", "Madonna", "Al saray", "Səbinə", "Həyat Hall" və "Piano" şadlıq saraylarında təmizləyici qurğular olmasına baxmayaraq onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya normadan artıq tullantı atıldığı məlum olub.

ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, adıçəkilən obyekt sahibləri barəsində protokollar tərtib edilib və obyektlərdəki manqalların istifadəsinin məhdudlaşdırılması üçün qərar çıxarılıb: