Sədr müavini: "Bələdiyyə orqanlarında daha çox qadının təmsil olunmasına ehtiyac var"


Siyasət 22 Noy 2019 11:47:29 365 0

Sədr müavini: "Bələdiyyə orqanlarında daha çox qadının təmsil olunmasına ehtiyac var"

"Azərbaycanda müəyyən problemlərin həllində qadın və kişilərin birgə səyi vacibdir".

"Azərbaycanda müəyyən problemlərin həllində qadın və kişilərin birgə səyi vacibdir".

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “Gender əsaslı Bələdiyyə Akademiyası”nın açılış mərasimində deyib.

Onun sözlərinə görə, bələdiyyə orqanlarında da daha çox qadının təmsil olunmasına ehtiyac var: "İlk bələdiyyə seçkilərində qadınların təmsilçiliyi 4 faiz olub. Hazırda bələdiyyə sisteminin 35 faizini qadınlar təşkil edir. Azərbaycanda gender bərabərliyinin təmin olunması ilə bağlı qanunvericilik təkmilləşdirilib.Gender bərabərliyi birinci ailədə yaradılmalı, sonra cəmiyyətə ötürülməlidir. Çünki ailə cəmiyyətin təməlidir".

Komitənin sədr müavini əlavə edib ki, cəmiyyəti yalnız kişilər deyil, qadınlar da idarə etməlidir: "Azərbaycanda gender bərabərliyinin təmin olunması bizə cəmiyyətin inkişafı üçün müvafiq nəticələrin əldə olunmasına imkan verəcək. Azərbaycanın gender bərabərliyinin təmin olunması sahəsində atdığı addımlar, o cümlədən qadınların idarəetməyə cəlbi istiqamətində gördüyü işlər bir çox ölkələr üçün nümunə sayıla bilər".