Azərbaycanda erkən nikahların sayı xeyli azalıb


Digərləri 22 Noy 2019 11:39:00 296 2

Azərbaycanda erkən nikahların sayı xeyli azalıb

Azərbaycanda erkən nikahların sayı xeyli azalıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.

H.Hüseynova bildirib ki, Azərbaycanda 18 yaşına qədər nikaha girən qızların sayı ən çox 2011-ci ildə olub: "2011-ci ildə 5138 bu cür hal var idi. O zaman biz təklif etdik ki, Ailə Məcəlləsinə dəyişiklik olsun və nəticədə 2012-ci ildən bu göstərici azaldı. 2018-ci ildə bu rəqəm 338 olub".