İsveçrənin Cenevrə Universitetinə təqaüd proqramı elan olunub


Sosial 22 Noy 2019 11:25:54 334 0

İsveçrənin Cenevrə Universitetinə təqaüd proqramı elan olunub

İsveçrənin Cenevrə Universiteti Avropa və Beynəlxalq İdarəçilik Elmləri üzrə 2020-2021-ci tədris ili üçün magistratura təqaüd proqramı elan edir. Təqaüdün müddəti 10 aydır.

İsveçrənin Cenevrə Universiteti Avropa və Beynəlxalq İdarəçilik Elmləri üzrə 2020-2021-ci tədris ili üçün magistratura təqaüd proqramı elan edib.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, təqaüdün müddəti 10 aydır.

Təqaüd proqramında iştirak etmək istəyənlər dekabrın 25-dəkmüraciət edə bilərlər.

Təqaüd proqramı, tələb olunan sənədlər haqqında ətraflı məlumat və müraciət formasını əldə etmək üçün müvafiq keçiddən - http://www.meig.ch/admission/full-programme/ istifadə etmək mümkündür.