Sumqayıtda baş verən qəzada bir nəfər ölüb, yeddi nəfər xəsarət alıb


Digərləri 22 Noy 2019 11:22:00 308 0

Sumqayıtda baş verən qəzada bir nəfər ölüb, yeddi nəfər xəsarət alıb

Ötən gecə Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində ağır yol qəzası baş verib.

Bakı. Samir Əli - Ötən gecə Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində ağır yol qəzası baş verib. Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sumqayıt xəstəxanasına çatdırılıb. Onlardan 3-ü reanimasiya,1-i travmatologiya şöbəsinə yerləşdirilib, müalicələri davam edir. 3 nəfər isə lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin