"Enginet" innovativ bulud sistemli videomüşahidə xidmətini təqdim edir


Digərləri 22 Noy 2019 11:30:00 229 0

"Enginet" innovativ bulud sistemli videomüşahidə xidmətini təqdim edir

"Enginet" innovativ bulud sistemli videomüşahidə xidmətini təqdim edir

Bakı. Azərbaycanın ilk və aparıcı FTTH( fiber To The Home – mənzilədək fiberoptik bağlantı) telekommunikasiya xidmətlərinin təminatçısı olan “ENGINET” şirkətinin özünün “BİRLink” brendi altında yeni, bulud sistemli videomüşahidə xidmətini təqdim etdi. Xidmətin fərqli cəhəti ondan ibarətdir ki, istifadəçilər məlumatların saxlanması üçün xüsusi avadanlıqları əldə etmədən, çəkilən videogörüntüləri xüsusi saxlama mərkəzi olan “buluda” yükləyərək saxlaya bilərlər. Bu isə videoməlumatların təhlükəsiz şəraitdə saxlanılmasına imkan yaradır, yəni avadanlıqların fiziki zədələnməsi və ya hər hansı bir qüsur olduqda görüntülərin itkisinə yol vermir. Xidmətdən istifadə edən abunəçilərin rahatlığını təmin etmək məqsədilə videogörüntülər istəyə görə çəkilə və bir həftə müddətində qorunan arxivdə yerləşdirilə bilər, həmçinin videoların istənilən zamanda yenidən baxmaq və yükləmək imkanı yaradılmışdır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, digər bu növ xidmətlərdən fərqli olaraq, istifadəçilər olduğu yerdən asıllı olmayaraq istənilən vaxt xüsusi yaradılmış sistem üzərindən video nəzarət sistemini şəxsi kabinetə daxil olaraq onlayn şəkildə idarə edə bilərlər. Bunun üçün istifadəçinin olduğu məkanda yalnız kompüter, planşet və yaxud telefona yüklənmiş sadə veb brauzer və internet bağlantısının olması kifayətdir. Qeyd edək ki, innovativ xüsusiyyətlər ilə seçilən bu xidmətdən mobil telefon vasitəsilə, xüsusi yaradılmış tətbiq üzərindən də istifadə etmək, yəni sistemə daxil olmaq və onlayn olaraq izləmək mümkün olacaq. Tariflər və xidmət barədə ətraflı məlumatı www.online.birlink.az saytına daxil olaraq əldə edə bilərsiniz.