Bu rayonlarımıza qar yağıb


Digərləri 22 Noy 2019 11:09:00 242 0

Bu rayonlarımıza qar yağıb

Ötən gün axşam saatlardan başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağır. 

Son.az bildirir ki, Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 12 santimetr, temperatur isə mənfi 3 dərəcədir. Qubanın Qırız və Xınalıq, həmçinin Qusarın Ləzə kəndlərində qarın hündürlüyü 8 sm-ə çatıb. Temperatur Xınalıq və Qrızda mənfi 9 dərəcə, Qusarın Ləzə kəndində isə -15 dərəcəyədək düşüb. 

Şimal rayonlarında hazırda qar yağmaqda davam edir.