Yağış səbəbindən elektrik enerjisi təchizatında ciddi problem yaranmayıb - "Azərişıq" ASC


Digərləri 22 Noy 2019 10:46:00 223 0

Yağış səbəbindən elektrik enerjisi təchizatında ciddi problem yaranmayıb - "Azərişıq" ASC

Son günlər ölkə boyu yağan leysan yağışların, dünən axşamdan isə dağlıq rayonlarda sulu qar, Şimal-Qərb və Şimal regionlarında qarlı-çovğunlu havanın olmasına baxmayaraq ölkəmizin elektrik enerjisi ilə təchizatında ciddi problem yaranmayıb.

Bakı. Samir Əli - Son günlər ölkə boyu yağan leysan yağışların, dünən axşamdan isə dağlıq rayonlarda sulu qar, Şimal-Qərb və Şimal regionlarında qarlı-çovğunlu havanın olmasına baxmayaraq ölkəmizin elektrik enerjisi ilə təchizatında ciddi problem yaranmayıb. "Azərişıq" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bəzi ərazilərdə yaranan kiçik problemlər tez bir zamanda aradan qaldırılıb: "Ötən gecə Qərb regionunun Tovuz rayonunun 35KV-luq Ağdam kənd hava elektrik veriliş xəttində texniki qəza baş verib və bu, operativ surətdə aradan qaldırılıb". Məlumatda, həmçinin o da qeyd edilir ki, qurumun texniki departamentinin əməkdşaları qabaqlayıcı tədbirlər görərək fərdi qaydada daxil olmuş şikayətləri operativ şəkildə aradan qaldırırlar: