"Kişidən pul almağa utanıram"


Digərləri 22 Noy 2019 10:24:00 309 0

"Kişidən pul almağa utanıram"

Türkiyəli aktrisa Tuba Ünsal "Hello" jurnalına müsahibə verib.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi aliment mövzusuna toxunub.

O, bir il evli qalan qadının ömrü boyu aliment almasına qarşı olduğunu dilə gətirib:

"Boşandıqdan sonra nə özüm, nə də uşaqlarım üçün aliment almamışam. Ərimdən tək tələbim övladına qarşı məsuliyyətli olması idi. Doğru qərar verdiyimi söyləmirəm, ancaq qürurum kişidən pul almağa imkan vermir. Utanıram. Uşaq olanda da, atamdan pul aldığım zaman ya onu masaj edirdim, ya da evi təmizləyirdim".