AÇG-dən 496 mln. ton neft və 163 mlrd. kubmetr qaz hasil olunub (FOTO)


Digərləri 22 Noy 2019 10:05:08 239 0

AÇG-dən 496 mln. ton neft və 163 mlrd. kubmetr qaz hasil olunub (FOTO)

Energetika naziri Pərviz Şahbazov Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı və ABŞ-ın yüksək səviyyəli hökumət nümayəndələrinin iştirakı ilə keçirilən “Əsrin müqaviləsi: 25 illik uğurlu fəaliyyət” adlı tədbirdə çıxış edib.

Bakı. Energetika naziri Pərviz Şahbazov Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı və ABŞ-ın yüksək səviyyəli hökumət nümayəndələrinin iştirakı ilə keçirilən “Əsrin müqaviləsi: 25 illik uğurlu fəaliyyət” adlı tədbirdə çıxış edib. Bu barədə Trend Energetika Nazirliyinə istinadən xəbər verir. Nazir çox mürəkkəb bir dövrdə ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində imzalanmış “Əsrin müqaviləsi”nin ölkəmizi transmilli enerji və kommunikasiya layihələrinin müəllifinə, qlobal enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaşa çevirən, Xəzər dənizində beynəlxalq əməkdaşlığı və uzunmüddətli inkişafı təmin edən geosiyasi və geoiqtisadi əhəmiyyətindən bəhs edib. Ölkənin neft sektoruna yeni texnologiyaların, 100 milyard ABŞ dollarından çox sərmayənin cəlbi, yeni neft-qaz layihələrinin işlənilməsi, 146 milyard ABŞ dollarından çox gəlir əldə edilməsi və neft gəlirlərinin sosial məsələlərə, xalqın rifahına, insan kapitalının və iqtisadiyyatın inkişafına yönəldilməsi 25 ilin nailiyyətləri kimi qeyd edilib. Bildirilib ki, indiyə kimi 496 milyon ton neft və 163 milyard kubmetr qazın hasil olunduğu Azəri-Çıraq-Günəşli (AÇG) yataqları üzrə bu müqavilənin töhfələri bir əsrlə məhdudlaşmır. Müddətinin daha 30 il uzadılması ilə “iki əsrin müqaviləsi” statusunu qazanan bu tarixi razılaşma gələcəkdə də Azərbaycanın inkişafında, beynəlxalq tərədaşlarla münasibətlərin möhkəmləndirilməsində mühüm rol oynayacaq. Nazir Pərviz Şahbazov deyib: “Əsrin müqaviləsi”nin bu ardıcıl nəticələri Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə doğru addımlarını möhkəmləndirir. Eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda həyata keçirilən çoxşaxəli dərin islahatlar kursu ölkənin gələcəkdə də hərtərəfli və davamlı inkişafına güclü dəstəyi təmin edir”.