Tarix müəllimi intim həyatı ilə sosial şəbəkələrdə bölüşdü, məktəbdən qovuldu


Digərləri 22 Noy 2019 09:34:00 348 0

Tarix müəllimi intim həyatı ilə sosial şəbəkələrdə bölüşdü, məktəbdən qovuldu

Sankt-Peterburq məktəbində dərs deyən tarix müəllimi Lyubov Andreyeva "Twitter"də intim həyatı və spirtli içkilər haqqında yazılarla paylaşıb.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, "Pivə hökmdarı" nikı ilə sosial şəbəkədə tanınan qadın hərəkətlərinə görə məktəbdən qovulduğunu bildirib.

Lakin məktəb direktoru müəllimin öz istəyi ilə işdən çıxdığını qeyd edib. O "Twitter"dəki yazılara da münasibətini bildirib: "Özünüz görürsüz də. Bu haqda bizə valideynlər məlumat verib".

Lyubov isə kədərləndiyini və "əla" təhsil ocağından ayrıldığını dilə gətirib. Şəhrlərdə xeyli insan, xüsusən də şagirdləri, onu dəstəkləyiblər.