Bitcoin White Paper – 11 il


Digərləri 22 Noy 2019 08:31:00 341 0

Bitcoin White Paper – 11 il

Satoşi Nakamoto 31 okytabr 2008-ci ildə "Bitcoin: A Peer-to-Peer Electronic Cash System"adlı sənədi (White Paper) internetə buraxdı və bununla da bitcoin tarixi başladı.

Son.az kriptoinvest.az-a istinadən bildirir ki, bitcoin ilə bağlı məlumat (Bitcoin White Paper) ilk dəfə internetdə 31 oktyabr 2008-ci ildə yayılsa da real olaraq ilk bitcoin 2009-cu il yanvarın 3-ü yaradlıb. Bu səbəbdən kripto cəmiyyətin bəzi nüməyəndələri bitkoinin əsl "doğum günü"-nün ilk blokunun yaradılması tarixi ilə yəni 03.01.2009-da, bəziləri isə 31.10.2008 olduğunu iddia edirlər.

Qısa tarix:

18 avqust 2008  - Bitcoin.org domeni qeydiyyata alınıb; 3 yanvar 2009  -  Genezis blok - ilk bitcoin bloku yaradıldı; 12 yanvar 2009 - Satoşi Nakamoto Hal Finney adlı şəxsə 10 BTC göndərdi və bununla da ilk bitcoin tranzaksiyası həyata keçirildi; 5 oktyabr 2009 - The New Liberty Standard ilk dəfə olaraq bitkoinin dollara qarşı məzənnəsini təyin etdi: 1 dollar = 2300,03 BTC; 17 mart 2010 - Bitcoin bitcoinmarket.com ticarət platformasında ilk qeydə alınan ticarət qiyməti 0,003 dollar dəyərində qiymətləndirilib; 22 may 2010 - İlk bitcoin sövdələşmə baş verdi. Laszlo Hanyecz adlı proqramçı internetdə 2 pizzaya görə 10.000 BTC ödəyib; 9 fevral 2011 - İlk dəfə olaraq məzənnə 1 dollar = 1 BTC. ddd