Meksikada çörək zavodunda partlayış


Dünya 22 Noy 2019 09:09:00 327 0

Meksikada çörək zavodunda partlayış

Qaz çənində baş verən partlayış Meksikanın cənubundakı Oaxaka ştatındakı San-Martin-Meksikapam rayonunda bir çörək zavodunu tamamilə məhv edib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində bir uşaq da daxil olmaqla ən az 11 nəfər ağır yaralanıb.

Məlumata əsasən, yaralılar xəstəxanalara və yaxınlıqdakı tibb müəssisələrinə aparılıb.