Yeni kukla teatrı açılıb FOTO


Digərləri 22 Noy 2019 08:58:00 361 0

Yeni kukla teatrı açılıb  FOTO

Noyabrın 19-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində "Kilimarası" kukla teatrının açılışı olub.

Son.az Trend-ə istinadən bildirir ki, açılış zamanı "Min bir gecə" nağılları əsasında "Ələddin" tamaşasının premyerası keçirilib.

Tamaşanın premyerasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş Üzrə Mərkəzin direktoru Mircamal Camalov, 1 saylı və 11 saylı internat məktəblərinin şagirdləri, qəsəbə sakinləri iştirak ediblər.

Tamaşadan öncə Mədəniyyət Mərkəzinin foyesində kuklardan ibarət sərgi təşkil edilib və kilimarxasında bir necə tamaşadan kiçik parçalar təqdim olunub.