19 yaşlı tələbənin qonaq otağından başlayan 3,2 mlrd. dollarlıq biznesi


Digərləri 22 Noy 2019 08:46:00 234 0

19 yaşlı tələbənin qonaq otağından başlayan 3,2 mlrd. dollarlıq biznesi

"Canva" onlayn dizayner xidməti hal-hazırda 3,2 mlrd. dollar qiymətləndirilir, hər ay onun 190 ölkədən 20 mln. istifadəçisi olur. Bu startapı 2006-cı ildə 19 yaşlı tələbə Melani Perkins yaradıb.O, artıq "Canva"nın baş direktorudur.

Melani Perkins əvvəlcə sevgilisi Kliff Obrext-lə birgə Fusion Books onlayn xidmətini yaradıb istifadəyə verir. Onun vasitəsilə tələbələr özləri buraxılış fotoalbomlarının dizaynını hazırlaya bilirdilər. Cütlük işini Perkinsin qonaq otağında aparır, onlayn xidmətin inkişafı üçün pulu isə qohumlarından borc götürür.

Son.az bizplus.az-a istinadən bildirir ki, bu işləri o qədər uğurlu olur ki, Perkins bütün fikrini biznesə yönəltmək üçün  tezliklə təhsilini yarımçıq qoyur. 2010-cu ildə isə buraxılış albomları dizaynı ilə kifayətlənməyin ağılsızlıq olduğunu düşünür və yeni maraqlar axtarışında Kaliforniyaya yollanır.

Perkinsin fikrincə bir sahibkar üçün ən təhlükəlisi heç bir şey etməməkdir. O deyir ki, özündə əminlik yaratmaq üçün dayanmadan hər gün az da olsa işləmək lazımdır.

Vençur səhmdar Bill Tay ilə görüş keçirən Perkins onda maraq yarada bilmir, amma  Tay onu digrə səhmdarlarla tanış etsə də platformasına özü yatırım edir.