Ölümün yaxınlaşdığını xəbər verən neyroşəbəkə yaradılıb


Digərləri 22 Noy 2019 08:25:00 312 0

Ölümün yaxınlaşdığını xəbər verən neyroşəbəkə yaradılıb

Amerikanın Geisinger operatoru ölüm barədə xəbərdarlıq edən yeni süni zəkanı öyrənib.

Son.az bizplus.az-a istinadən bildirir ki, qabaqcadan xəbər vermək üçün alqoritmə EKQ kifayət edir: o, xəstənin bir il ərzində sağ qalıb-qalmayacağını müəyyən edir. Bununla, yaxınlaşan ölüm riski barədə maşın, həkimlərin bəzi göstəriciləri normal hesab etdiyi üçün onlara diqqət yetirməməsindən sonra xəbər verib.

Alqoritm üçün 400 min insandan 1,7 mln. kardioqramma nəticələri götürülüb. Amma ölüm təhlükəsinin məhz hansı parametrlər üzrə təyin edilməsi hələ də məlum deyil. Ona görə də, hələ ki, həkimlər öz işlərində bu alqoritmdən istifadə etməyi düşünmürlər.