Bermud adaları vergiləri rəqəmsal valyutada qəbul edir


Digərləri 22 Noy 2019 08:11:00 327 0

Bermud adaları vergiləri rəqəmsal valyutada qəbul edir

Bermud adaları vergi ödənişlərini rəqəmsal valyutada qəbul edən ilk dövlət oldu. Maliyyə şirkəti olan Circle, oktyabrın 16-sı Bermud adalarının vergi ödənişlərini stabilkoin (stablecoin) olan USD Coin (USDC) ilə qəbul edəcəyini açıqladı.

Son.az kriptoinvest.az-a istinadən bildirir ki, Circle-nin icraçı direktoru Jeremy Allaire: "Bermud adalarının Baş naziri açıqlama verib ki, stabilkoinlər maliyyə sisteminin gələcəyi olacaq. "Rəqəmsal aktivlər haqqında Qanun"-na əsasən lisenziya alan FinTech şirkətlər yalnız bermuda xalqına deyil, həmçinin bütün dünya üçün faydalı olacaq. Bermud adaları hakimiyyətinin bu addımını təbii hesab edirəm, çünki bermud dolları ABŞ dolları ilə 1:1 nisbətindədir."

Xatırladaq ki, USD Coin - qiyməti 1 ABŞ dollarına bərabər olan, Circle  ilə Coinbase kriptovalyuta birjasının birgə yaratdıqları stabilkoindir. USDC hazırda CoinMarketCap-ın reytinqində 475 mln dollar bazar kapitalizasiyası ilə 24-cü yerdədir.