Luckin Coffeenin qurucusu milyarder olub


Digərləri 22 Noy 2019 08:15:00 255 0

Luckin Coffeenin qurucusu milyarder olub

Starbucks-un rəqibi olan Luckin Coffee kafelər şəbəkəsinin qurucusunun sərvəti 1 milyard dolları ötüb. O,  şirkətdəki ikinci milyarderdir.

Cümə günü Nasdaq birjasında Luckin şirkətinin səhmlərinin qiyməti maksimuma çatıb. Artım Vaşinqton və Pekinin ölkələr arasındakı ticarət əlaqələrindəki gərginliyi aradan qaldıracaq razılaşma imzalayacaqları barədə xəbərlərlə bağlıdır.

Son.az bizplus.az-a istinadən bildirir ki, bundan başqa, səhmlərin qiymətindəki artıma satış həcmi də kömək olub - üçüncü rübdə 208,9 mln. dollar.

Qeyd edək ki, şirkətin kafelərinin sayı da üçüncü rübdə 3680-ə çatıb. Səhmlərin qiymətinin beşinci artımı şirkəti 6,4 mlrd. dollarlıq bazar kaptalizasiyasına çatdırıb.