Teslanın Avropadakı ilk müəssisəsinə yatırımları açıqlanıb


Digərləri 22 Noy 2019 07:51:00 284 0

Teslanın Avropadakı ilk müəssisəsinə yatırımları açıqlanıb

ABŞ-ın "Tesla" şirkəti Berlində tikiləcək Avropadakı ilk müəssisəsinə 4,4 milyard avro yatırmaq niyyətindədir.

Son.az chip.az-a istinadən bildirir ki, yeni müəssisədə ildə 150 minədək elektromobil, habelə akkumulyatorlar istehsal olunacaq. Müəssisədə ilkin olaraq 3 min, sonradan 7 minədək işçi çalışacaq.

Qeyd edək ki, "Tesla"nın sahibi Elon Mask ötən həftə "Bild am Sontag" və "Auto Bild" nəşrlərinin himayəsilə keçirilən illik "Qızıl sükan" müsabiqəsi mükafatlarının təqdimat mərasimində Avropada ilk istehsalat müəssisələrinin tikiləcəyini açıqlamışdı. "Twitter"dəki səhifəsində iş adamı həmçinin Berlində şirkətin layihə konstruktor bürosunun da yaradılacağını bildirib.