Bakıda Azərbaycan Moda Həftəsinin 10cu yubiley mövsümü keçiriləcək VİDEO


Digərləri 22 Noy 2019 07:15:00 346 0

Bakıda Azərbaycan Moda Həftəsinin 10cu yubiley mövsümü keçiriləcək  VİDEO

Bakıda Azerbaijan Fashion Week (Azərbaycan Moda Həftəsinin) 10-cu yubiley mövsümü keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, 2015-ci ilin may ayında Azərbaycanda Azerbaijan Fashion Week Moda Həftəsinin birinci mövsümü keçirildi, bununla, ölkəmizdə Moda Həftələrinin keçirilməsinin başlanğıcına imza atılmış oldu. Bu genişmiqyaslı layihə ölkədə fashion-bazarının yaranmasına səbəb oldu. O dövrdə mövcud olan azsaylı modelyerlər öz fəaliyyətlərini dağınıq halda aparırdılar, və özlərini tanıtmaq üçün çox səy göstərirdilər. Azerbaijan Fashion Week dəb sahəsində çalışanların bütün cəhdlərini birləşdirən meydançaya çevrilərək, dizayner, bayer, yerli və xarici mətbuat nümayəndələri, və paytaxtın bütün dəbpərəstlərini bir araya gətirən platform oldu. Öz fəaliyyətinin on mövsümü ərzində Azerbaijan Fashion Week - Azərbaycanın ən vacib moda hadisəsi statusunu qoruya bilmişdir.

Noyabrın 22, 23 və 24 AFW-in ənənəvi meydançasına çevrilən Daş salnamə muzeyində Azerbaijan Fashion Week - ölkəmizin rəsmi moda həftəsinin 10-cu yubiley mövsümünün nümayişləri keçiriləcək. Bu dəfə də, fashion dünyasının ən maraqlı və parlaq simaları seçilmiş tamaşaçılara təqdim ediləcək.

Azərbaycan Moda Həftəsinin 10-cu yubiley mövsümü iştirakçılarının arasında bir çox beynəlxalq qonağın adları var. AFW partnyorları - Oriental Fashion Show qonaqlara üç dizayner kolleksiyası təqdim edəcək - Faiza Antri Bouzar (Əlcəzair), Fatima Zahra Idrissi (Mərakeş) və Hind Morad (Mərakeş). Günəşli Özbəkistan dörd brendin yaradıcılığını təqdim edəcək - Elmira Batyrova, Art by Sofia, Nadi Nur və Suhrob Habib Mens. Azərbaycan tamaşaçısının sevgisini qazanmış Qazaxıstanlı dizaynerlər Alex Chzhen, Botaya, Tarbiya, Nomad Homme + və A-Sain Kids öz yeni kolleksiyalarını təqdim edəcəklər. Qonaqpərvər Gürcüstanı Mak Mari və Kashen, Rusiyanı isə - Ayza və Nikita Okishev təqdim edəcək.

Əlbəttə ki, Azerbaijan Fashion Week-in hər nümayişində, sayı günü-gündən artan Azərbaycan dizaynerlərinə həsr edilmiş xüsusi hissə ayrılacaq. Azərbaycan Moda Həftəsinin 10-cu yubiley mövsümü çərçivəsində Noora, Günel Behbudova, Ülkər Həsənova, Shan Atelier, GM Fashion, Giedi, RM Couture, Velor və son mövsümün yeni siması - Scandar, 2020-ci ilin yaz-yay kolleksiyalarını təqdim edəcəklər.

Əsas nümayiş proqramı ilə yanaşı, ənənəvi hala çevrilən Showroom АFW də təşkil olunacaq. Showroom АFW-in əsas məqsədi - butik sahiblərinə, alıcılara, mətbuat nümayəndələrinə, Həftənin bütün iştirakçıları və qonaqlarına, uzun-uzadı vasitəçi zəncirindən yan keçərək və axtarışlar üçün vaxt itirmədən dizaynerlərlə bilavasitə ünsiyyətə girmək, mövsümün yenilikləri barədə öyrənmək, yerində və zamanında öz brendini tapmaq, qarderob üçün yeni geyim seçmək, və yeni adlarla tanış olmaq imkanı yaratmaqdır.