Yahoo Japan və Line birləşmə haqqında müqaviləyə imza atdılar


Digərləri 22 Noy 2019 07:21:00 278 0

Yahoo Japan və Line birləşmə haqqında müqaviləyə imza atdılar

Dünyanın ən böyük internet portallarından biri olan "Yahoo Japan" və "Line Corporation" birləşmə haqqında müqaviləyə imza atıblar. Yaxın günlərdə şirkətlər birləşmə şərtlərini və qarşılıqlı öhdəlikləri müzakirə etmək niyyətində olduqlarını bildiriblər.

Müqavilə "Line" şirkətinin daha publik şirkət olmayacağını nəzərdə tutur. Birləşmə prosesinin 2020-ci ilik oktyabr ayına kimi sona çatacağı güman edilir.

Şirkətlərin birləşməkdə əsas məqsədi dünyanın ən böyük internet şirkətini yaratmaqdır. Tərəflər süni intellekt, telekommunikasiya, reklam və digər sahələrdə əməkdaşlıq etməyi planlaşdırırlar.